“Beşiktaş” ilə “Qazprom”un arasına “Fənərbaxça” “girib”

Rusiyanın transmilli energetika şirkəti “Qazprom” və İstanbulun “Beşiktaş” klubu arasında danışıqlar dalana dirənib.

Arena.az bu barədə “Fotospor”a istinadən xəbər verir.

Səbəblərə UEFA-nın xəbərdarlıqları və Rusiya şirkətinin bəzi tələbləri göstərilir. Tərəflər arasında himayədarlıq müqaviləsi ehtimalı xeyli azalıb.

“Beşiktaş”ın bəzi təmsilçilərinin diqqətini “Fənərbaxça” ilə “Zenit”in yaxınlaşması çəkib.

“Fənərbaxça”nın prezidenti Ali Koçun “Beşiktaş” ilə “Qazprom”la bağlı razılaşmanı pozduğu və öz klubu üçün sponsorluq müqaviləsi bağlamağa çalışdığı iddia edilir.

Daha əvvəl “Sözcü” dərgisi “Qazprom”un “Beşiktaş” stadionunun yeni titul sponsoru olacağını, bunun qarşılığında Türkiyə klubunun 3 il ərzində 60 milyon avro qazanacağını bildirmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: