Türkiyənin “Beşiktaş” klubu ilə yollarını ayıran Vensan Abubakar özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
O, bu ölkənin “Əl Nəsr” klubuna keçib. Bu barədə Ər Riyad təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Abubakarla üç illik müqavilə imzalanıb.
Xarici mətbuatın yazdığına görə, Abubakar yeni klubunda ilinə 6 milyon avro qazanacaq.
Abubakar ötən mövsüm “Beşiktaş”la 29 oyunda 15 qol vurub. O, 2016/17 mövsümündə də icarə əsasında İstanbul klubunun uğurları üçün çalışmışdı. Kamerun yığmasının hücumçusu “Portu”, “Loryan”, “Valensyenn” və “Koton Sport” klublarında da forma geyinib.