“Beşiktaş” səfərdən 1 xalla döndü

Futbol üzrə Türkiyə Super Liqasında 36-cı tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

Autsayderlər qrupunda yer alan “Gənclərbirliyi” səfərdə “Kayserispor”un qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. “Rizəspor” “Konyaspor”u qəbul edib. Səkkiz qolluq bu görüşdə meydan sahibləri qələbəni bayram ediblər. “Fatih Karagümrük” “Göztəpə” ilə ev oyunundan heç-heçə ilə ayrılıb.

Lider “Beşiktaş” isə çətin “Sivasspor” səfərindən 1 xalla dönüb.

Türkiyə Super Liqası
36-cı tur
20 aprel

Kayserispor – Gənclərbirliyi 2:2
Qol: P.Enrike, 39. İ.Parlak, 80 – Piris, 46. Stanku, 50.

Rizəspor – Konyaspor 5:3
Qol: Cokoviç, 21. Mixalak, 27. Remi, 68. Samudio, 74. A.Demirbağ, 82-öz qapısına – Gilyerme, 6. Çikalleşi, 12. Kravets, 86..

Fatih Karagümrük – Göztəpə 1:1
Qol: M.Edrinc, 32 – B.Emir, 84.

Sivasspor – Beşiktaş 0:0

Hatayspor – Antalyaspor 3:2
Qol: Bupendza, 19; 68. Diuf, 55-pen – Amilton, 46. Fredi, 86.

21 aprel

17:00 Ankaragücü – Dənizlispor
17:00 Ərzurumspor – Yeni Malatyaspor
20:00 Qalatasaray – Trabzonspor

22 aprel

17:00 Alanyaspor – Qaziantep
20:00 Kasımpaşa – Başakşəhər