“Beşiktaş” daha iki futbolçusu ilə vidalaşmağa qərar verib.
Arena.az xəbər verir ki, İstanbul təmsilçisi Tayler Boyd və Güven Yalçınla yollarını ayırıb.
Bu barədə “qara qartallar”ın baş məşqçisi Sergen Yalçın mətbuat konfransında jurnalistlərə açıqlamasında məlumat verib.
Türkiyə mətbuatının məlumatına görə, Boyd mövsümün sonuna qədər “Sivasspor”a icarəyə verilib. Sivas təmsilçisi “Beşiktaş”a heç bir təzminat ödəməyəcək. Klub yalnız 26 yaşlı amerikalı futbolçunun ikinci dövrə üçün almalı olduğu 500 min avroluq maaşını verəcək.
2019-cu ilin iyulundan “Beşiktaş”da çıxış edən Boyd, bu mövsüm cəmi 6 rəsmi oyuna çıxıb və 1 qola imza atıb.
Güven Yalçın da icarəyə göndəriləcək. Lakin hələlik onun yeni komandasının adı açıqlanmır. İstanbul klubu 22 yaşlı hücumçunu 2018-ci ildə “Bayer”dən transfer edib. Amma o da Boyd kimi, bu mövsüm forma şansı qazanmaqda çətinlik çəkirdi.