“Beşiktaş” – “Trabzonspor” final matçının vaxtı və məkanı açıqlandı

Türkiyə Kubokunun 2023/2024 mövsümünün finalı çərçivəsində baş tutacaq “Beşiktaş” – “Trabzonspor” matçının məkanı bəlli olub.

Arena.az xəbər verir ki, həlledici qarşılaşma Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, mayın 23-də keçiriləcək final qarşılaşmasına yerli vaxtla saat 20:45-də start veriləcək.

Qeyd edək ki, Türkiyə Super Liqasının cari mövsümündə əldə etdiyi nəticələrlə azarkeşlərini məyus edən “Beşiktaş” mövsümü kubokla başa vurmaq istəyir. Eynilə “Trabzonspor”un da gözü Abdulla Avcının idarəçiliyində kuboka çevrilib. Avrokuboklarda mübarizə aparmaq istəyən bu iki komanda Türkiyə Kubokunun finalında qələbə üçün mübarizə aparacaq. Türkiyə Kubokunu qazanan komanda həm də Türkiyə Super Kubokunda iştirak hüququ qazanacaq. Kubokun qalibi Super Kubokda Türkiyə Kubokunun 2023/2024-cü il mövsümünün qalibi ilə qarşılaşacaq.

“Beşiktaş” Türkiyə Kubokunun cari mövsümündə müvafiq olaraq “Eyüpspor”, “Antalyaspor”, “Konyaspor” və “Ankaragücü” komandalarını məğlub edərək finala vəsiqə qazanıb. “Trabzonspor” isə “Manisa”, “Gənclərbirliyi”, “Başakşəhər” və “Fatih Karagümrük” kimi komandaları mübarizədən kənarlaşdıraraq finala yüksəlib.

Türkiyə Kubokunu qazanan komanda Avropa Liqasında mübarizə aparacaq.

“Beşiktaş” sonuncu dəfə Türkiyə Kubokunu 2020/2021 mövsümündə qazanıb. Trabzon təmsilçisi isə 2019/2020 mövsümündə kuboku öz muzeyində nümayiş etdirib.