“Beşiktaş”dan növbəti qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 29-cu tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Dənizlispor” “Yeni Malatyaspor”u qəbul edib. Beş qolun qeydə alındığı oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Turnir cədvəlinin ikincisi “Beşiktaş”ın rəqibi “Qaziantep” olub. İstanbul təmsilçisi də turu qələbə ilə başa vurub.

Türkiyə Super Liqası
29-cu tur
6 mart

Dənizlispor – Yeni Malatyaspor 3:2
Qol: Rodalleqa, 31. R.Niyaz, 44. Saçko, 80 – Mallan, 16. Tetteh, 77.

Beşiktaş – Qaziantep 2:1
Qol: Abubakar, 15; 72 – Dikko, 90-pen.

7 mart

14:30. Fatih Karagümrük – Ankaragücü
17:00. Hatayspor – Kayserispor
17:00. Gənclərbirliyi – Başakşəhər
20:00. Qalatasaray – Sivasspor

8 mart

17:00. Trabzonspor – Alanyaspor
17:00. Antalyaspor – Kasımpaşa
20:00. Göztəpə – Ərzurumspor
20:00. Konyaspor – Fənərbaxça