Bu gün futbol üzrə Türkiyə Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin sonuncu qarşılaşması keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Son oyunda “Beşiktaş” “Göztəpə”ni sınağa çəkib. Dörd qolun qeydə alındığı oyun İzmir təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.
Beləliklə, yarımfinalda “Konyaspor” “Qalatasaray”la, “Trabzonspor” isə “Göztəpə” ilə üz-üzə gələcək.
Qeyd edək ki, Türkiyə Kubokunda yarımfinal mərhələsinin oyunları aprelin 22-də, 23-də və ya 24-də baş tutacaq. Final qarşılaşması isə mayın 14-də keçiriləcək.
Türkiyə Kuboku
1/4 final
1 aprel
“Konyaspor” – “İskenderunspor” 3:0
Qollar: U.Nayir, 65. M.İbrahimoğlu, 84. Çaluşiç, 90+2.
2 aprel
“Trabzonspor” – “Bodrumspor” 3:2
Qollar: Banza, 3. Eskihellaç, 22. Zubkov, 98 – T.Seferi, 15. Bardi, 20.
“Fənərbağça” – “Qalatasaray” 1:2
Qollar: Şimanski, 45+2 – Osimhen, 10; 27-pen.
3 aprel
“Beşiktaş” – “Göztəpə” 1:3
Qollar: Muçi, 30 – Romulo, 38; 79-pen; 81.