Bu gün futbol üzrə Türkiyə Kubokunda 2024/2025-ci illər mövsümünün qrup mərhələsində sonuncu – 3-cü tura start verilib.
Arena.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma baş tutub.
D qrupu çərçivəsində keçirilmiş bütün oyunlarda qonaqlar qələbə qazanıblar. “Beşiktaş” “Antalyaspor”u məğlub edərk qrup birincisi olub. “Sivasspor”la səfər oyununda tək qolla qalib gəlmiş “Bodrumspor” da qrup ikincisi kimi növbəti mərhələyə yüksəlib. Dörd qolun qeydə alındığı “Kırklarelispor” – “Kocaelispor” matçında da qonaqlar qələbə qazanıblar. Amma bu qrupda ilk iki yeri tutmuş komandalar istisna olmaqla, digərli kubokla vidalaşıblar.
Türkiyə Kubokunda qrup mərhələsinin qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.
Türkiyə Kuboku
Qrup mərhələsi, 3-cü tur
25 fevral
D qrupu
Antalyaspor – Beşiktaş 1:2
Qollar: Miloşeviç, 64 – Arroyo, 10. Rafa Silva, 76.
Kırklarelispor – Kocaelispor 1:3
Qollar: B.Özyurt, 79 – A.Saqat, 41; 45+1; 54.
Sivasspor – Bodrumspor 0:1
Qol: Brazao, 38.
Xallar: Beşiktaş – 9. Bodrumspor – 7. Kocaelispor – 6. Antalyaspor – 3. Kırklarelispor – 1. Sivasspor – 0.