İspaniya La Liqasında mübarizə aparan “Betis” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, elita təmsilçisi Braziliyanın “Atletiko” (Paranaense) klubunun sol cinah müdafiəçisi Abner Vinisiusu transfer edib.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə müddəti 2029-cu ilin 30 iyununa kimi olan müqavilə imzalanıb. “Betis” bu transferə görə “Atletiko”ya 5 milyon avro ödəyib. Abner yeni komandasında 20 nömrəli formanı geyinəcək.
Abner Vinisius peşəkar karyerasına “Ponte Preta” komandasında başlayıb. O, 2019-cu ilin iyul ayından “Atletiko”nun uğurları üçün çalışırdı. Braziliyalı müdafiəçi Paranaense klubunun əsas komandasında 143 oyuna çıxıb, 4 qol və 16 məhsuldar ötürmə müəllifi olub.
Abner Braziliyanın U-23 yığmasına da dəvət alır.