Birama Ture “Monpelye”də

Futbol üzrə Mali yığma komandasının dayaq yarımmüdafiəçisi Birama Ture bundan sonra “Monpelye”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu Fransa klubuna azad agent kimi qoşulub.

Təcrübəli oyunçu yeni klubu ilə 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Birama Turenin sonuncu iş yeri Səudiyyə Ərəbistanının “Ər-Riyad” klubu olub. Malili yarımmüdafiəçi sözügedən komandaya 2023-cü ilin iyul ayında Fransanın “Oser” klubundan azad agent kimi keçmişdi. Ture “Ər-Riyad”ın heyətində 34 oyuna çıxıb, 4 qolla yadda qalıb.

Birama Ture karyerası ərzində “Oser”, “Nant”, “Brest”, “Standard” (Lyej) və “Bove” kimi klublarda da çıxış edib. 2014-cü ilin mart ayında Mali yığmasında debüt etmiş yarımmüdafiəçi meydana çıxdığı 9 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 32 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.