Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 16-cı tura start verilib. Arena.az xəbər verir ki, qış fasiləsindən sonrakı ilk turun ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Kəpəz” və “Zirə”nin əvəzediciləri arasında baş tutan oyunda meydan sahibləri son dəqiqələrdə vurduqları yeganə qolla qalib gəlib.
Beş qolun qeydə alındığı “Şamaxı” və “Turan Tovuz” komandalarının əvəzedicilərinin görüşü isə qonaq komandanın qələbəsiylə yekunlaşıb.
Günün son matçında “İmişli” doğma meydanda “Qəbələ”nin ikinci komandası ilə üz-üzə gəlib. Qonaq komanda bu oyundan inamlı qələbə ilə ayrılıb.
16-cı tura fevralın 8-də baş tutacaq dörd oyunla yekun vurulacaq.
Birinci Divizion
16–cı tur
7 fevral
“Kəpəz-2” – “Zirə-2” 1:0
Qol: Elnur Cəfərov, 90.
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Anar Bədəlov, Şamil İmanzadə
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Şamaxı-2” – “Turan Tovuz-2” 2:3
Qol: Qurban Səfərov, 27. Tapdıq Əhmədov, 52 – Nazim Həsənzadə, 70. Akif Tağıyev, 71. Rəşad Əliyev, 82.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Aydın Bəxşiyev, Kamran Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu, 14:00.
“İmişli” – “Qəbələ-2” 0:2
Qol: Rauf Məhərrəmov, 50. Xəyyam Məmmədli, 90+3.
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Asif Abdullayev, Mahmud Bağırzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elman Musayev
Saatlı OİK stadionu, 14:00.
8 fevral
“Qarabağ-2” – “Araz Naxçıvan”
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Zakir Şükürzadə, Əli Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Binə qəsəbə stadionu, 14:00.
“Zaqatala” – MOİK
Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Ruslan Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zaqatala OİK stadionu, 14:00.
“Səbail-2” – “Qaradağ Lökbatan”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Tural İbrahimov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Emin Cəfərov
“ASCO Arena”, 14:00.
“Neftçi-2” – “Mingəçevir”
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Rasim Axundov, Rəsul Babayev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 15:00.