Birinci Divizion: 20-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 20-ci turun bütün təyinatları açıqlanıb. Arena.az sizi növbəti turun təyinatları ilə tanış edir.

İlk oyun günündə “Kəpəz” “Keşlə”nin, “Turan Tovuz” isə “Sumqayıt”ın əvəzedicilərini sınağa çəkəcək. Gəncə təmsilçisi evdə, Tovuz klubu isə səfərdə mübarizə aparacaq. Bu oyunları müvafiq olaraq Rauf Cabbarov və Tural Qurbanov idarə edəcək. Günün digər matçı “Qarabağ” və “Səbail”in ikinci komandaları arasında baş tutacaq. Bu oyunun baş hakimi isə Emin Əliyev olacaq.

İkinci oyun günündə isə lider “Qaradağ Lökbatan” “Zirə”nin, MOİK də “Qəbələ”nin əvəzediciləri ilə qarşılaşacaq. Bu görüşlərə müvafiq olaraq Rövşən Rəcəbov və Kamranbəy Rəhimov təyinat alıb. “Zaqatala” da “Sabah”ın ikinci komandasının qonağı olacaq. Bu qarşılaşmanı isə Səbuhi Bayramov idarə edəcək.

Birinci Divizion
20-ci tur
5 aprel

“Kəpəz” – “Keşlə-2”
Hakimlər: Rauf Cabarov, Elman Kərimov, Kərim Zeynalov, Elvin Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Gəncə şəhər stadionu, 15:00.

“Sumqayıt-2” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Asiman Əzizli, Fərid Hacıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

“Qarabağ-2” – “Səbail-2”
Hakimlər: Emin Əliyev, Şirmamed Mamedov, Vüqar Bayramov, Cavid Cəlilov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 15:00.

6 aprel

“Qaradağ Lökbatan” – “Zirə-2”
Hakimlər: Rövşən Rəcəbov, Eyyub İbrahimov, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Qəbələ-2” – MOİK
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Taleh Məmmədov, Namiq Bəkirov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Sabah-2” – “Zaqatala”
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Tərlan Talıbzadə, İnqilab Məmmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 15:00.