Birinci Divizion: 23-cü turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 23-cü turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun oyunları 26-27 apreldə keçiriləcək.

İlk oyun günündə iki görüş baş tutacaq. “Zaqatala” “Qarabağ”ın, MOİK isə “Sumqayıt”ın əvəzedicilərini sınağa çəkəcək.

Qalan görüşlər ikinci oyun günündə baş tutacaq. “Turan Tovuz” doğma meydanda “Şamaxı”nın ikinci komandasıyla qarşılaşacaq. “Kəpəz” səfərdə “Zirə”nin əvəzediciləri ilə üz-üə gələcək. Çempionluğu ötən tur təmin edən “Qaradağ Lökbatan” isə “Sabah”ın ikinci komandasının qonağı olacaq. Daha bir görüş “Səbail”lə “Neftçi”nin əvəzediciləri arasında keçiriləcək.

Birinci divizion
23-cü tur
26 aprel

“Zaqatala” – “Qarabağ-2”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

MOİK – “Sumqayıt-2”
Binə qəsəbə stadionu, 16:00.

27 aprel

“Turan Tovuz” – “Şamaxı-2”
Tovuz şəhər stadionu, 15:00.

“Zirə-2” – “Kəpəz”
Bakı. “ASK Arena”, 16:00.

“Səbail-2” – “Neftçi-2”
Bakı. “ASCO Arena”, 16:00.

“Sabah-2”– “Qaradağ Lökbatan”
Binə qəsəbə stadionu, 16:00.