Birinci Divizion: “Araz Naxçıvan” “Neftçi”ni də xalsız yola saldı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 14-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

MOİK doğma meydanda “Səbail”in əvəzediciləri üzərində qələbəyə sevinibsə, “Qəbələ”nin ikinci komandası “Zaqatala”nı məğlub yola salıb. Səfərdə lider “Araz Naxçıvan”la qarşılaşan “Neftçi”nin ikinci komandası isə turu xalsız başa vurub.

Birinci Divizion
14-cü tur
10 dekabr

“Şamaxı-2” – “Sumqayıt-2” 2:1
Qol: Abdulla Rzayev, 45. Bəhruz Teymurov, 50 – Cavidan Abbaszadə, 55.
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu, 14:00.

“Turan Tovuz-2” – “Qarabağ-2” 3:1
Qol: İzzət Müştaqov, 45. Nazim Həsənzadə, 81; 90+3 – Seyxan Fərəcov, 57.
Hakimlər: Kamran Əliyev, Elman Kərimov, Zakir Şükürzadə, İrşad Aydınov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi:Əsgər Əmirəliyev.
Tovuz şəhər stadionu, 14:00.

“Mingəçevir” – “Qaradağ Lökbatan” 0:2
Qol: Elnur Cəfərov, 51-pen. Ceyhun Muxtarlı, 57.
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Asif Abdullayev, Rəsul Babayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.

“Zirə-2” – “İmişli” 1:1
Qol: Xəqani Sadıxov, 74 – Bayram Əliyev, 62.
Hakimlər: Namiq Bəkirov, Rasim Axundov, Anar Bədəlov, Tural İbrahimov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bakı. “ASK Arena”, 15:00.

11 dekabr

MOİK – “Səbail-2” 3:1
Qol: İlham Allahverdiyev, 22. Samir Alıyev, 40. Muxtar Nəzərli, 90 – Xəyal Bədirov, 72.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Sevda Nuriyev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi:Asif Əliyev.
Binə qəsəbə stadionu, 13:30.

“Qəbələ-2” – “Zaqatala” 4:1
Qol: Sənan Ağalarov, 44. Fərid İsgəndərov, 51. Rauf Məhərrəmov, 56. Bilal İsmayılov, 80 – Kənan Müslümov, 9.
Hakimlər: İslam Məmmədov, Zöhrab Abbasov, Asiman Azizli, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Araz Naxçıvan” – “Neftçi-2” 3:1
Qol: Həzrət İsayev, 5. Orxan Əliyev, 45-pen. Bayraməli Qurbanov, 72 – Vüsal Əsgərov, 7.
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Şirmamed Mamedov, Elvin Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi:Rüfət Əmirov.
Naxçıvan Muxtar Respublika Stadionu, 14:00.