Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün 24-cü turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.
“Kəpəz”lə “Neftçi”nin əvəzediciləri arasında baş tutan oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Üç qolun qeydə alındığı “Şamaxı-2” – “Zaqatala” matçında qonaqlar qalib gəliblər. Uzun fasilədən sonra öz doğma stadionunda oyuna çıxan “İmişli” isə azarkeşlərinin gözü önündə “Qarabağ”ın əvəzedicilərinə uduzub.
Bu nəticələrin ardından Premyer Liqaya vəsiqəni təmin edən komandanın adına aydınlıq gəlib. Belə ki, səfərdə “Qəbələ”nin əvəzedicilərinə 0:3 hesabı ilə məğlub olan MOİK-in lider “Araz Naxçıvan”a çatmaq şansı qalmayıb. Hansı ki, Naxçıvan təmsilçisi bu tur məcburi istirahət edirdi. Hazırda 4-cü pillədə qərarlaşmış “hərbçilər”i Naxçıvan təmsilçisi ilə yanaşı, “Neftçi” və “Qəbələ”nin ikinci komandaları da qabaqlayır. 54 xal olan “Araz Naxçıvan” sona 5 tur qalmış əvəzediciləri çıxmaq şərtilə ən yaxın izləyicisi olan MOİK-i 16 xal qabaqlayır. Bu isə o deməkdi ki, mövsümün sonunda lisenziyalaşdırma ilə bağlı problem yaşamasa, “Araz Naxçıvan” növbəti mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək.
Birinci Divizion
24-cü tur
11 aprel
“Zirə-2” – “Qaradağ Lökbatan” 0:0
Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Gülnurə Əkbərzadə, Murad Səlimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 15:00.
“Qəbələ-2” – MOİK 3:0
Qol: Sənan Ağalarov, 52; 88-pen. Okan Təhməzli, 90+2.
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Namiq Bəkirov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.
“Turan Tovuz-2”– “Mingəçevir” 2:1
Qol: Famil Camalov, 43. Sadiq Şəfiyev, 59-pen – Tural Məmmədzadə, 62.
Hakimlər: Rövşən Rəcəbov, Anar Bədəlov, Aydın Baxşıyev, Tural İbrahimov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 16:00.
“Sumqayıt-2” – “Səbail-2” 1:2
Qol: Cavidan Abbaszadə, 73 – Balamirzə Soltanov, 71. Xəyal Bədirov, 88.
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rəsul Babayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.
12 aprel
“Şamaxı-2” – “Zaqatala” 1:2
Qol: Qurban Səfərov, 38 – Roini İsmayılov, 22. Bəhruz Teymurov, 86.
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Sevda Nuriyeva, Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Şamaxı şəhər stadionu, 15:00.
“Kəpəz-2” – “Neftçi-2” 1:1
Qol: Cavad Kərimov, 21 – Elşad Tağıyev, 80.
Hakimlər: Fərid Hacıyev, Elman Kərimov, Tərlan Talıbzadə, Əli Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.
“İmişli” – “Qarabağ-2” 0:1
Qol: Musa Musazadə, 90+4.
Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Sənan Atayev, Şamil İmanzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.