Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün 28-ci turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında çempionluğu artıq təmin etmiş “Araz Naxçıvan”la “Səbail”in əvəzedici komandası üz-üzə gəlib.
Bu görüş Naxçıvan təmsilçisinin müraciəti, “Səbail”in razılığı ilə Muxtar Respublikada baş tutacaq dövlət tədbiri ilə əlaqədar olaraq “ASCO Arena”da reallaşıb. Mayın 10-da keçirilməli olan qarşılaşma bu gün “Araz Naxçıvan” – “Səbail-2” oyunu kimi təşkil edilib. Dörd qolluq qarşılaşma Naxçıvan təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.
“Araz Naxçıvan” hazırda 66 xalla vahid liderdir. Bu komandanı 52 xalı olan “Neftçi-2” izləyir. “Zaqatala”nın 43, “Səbail-2”-nin 42, “Qəbələ-2” ilə MOİK-in 41 xalı var.
Xatırladaq ki, turun qalan görüşləri 9 və 10 mayda keçiriləcək.
Birinci Divizion
28-ci tur
8 may
“Araz Naxçıvan” – “Səbail-2” 3:1
Qol: Orxan Əliyev, 28-pen; 90+4. Bayraməli Qurbanov, 79 – Taleh Qarayev, 45+1.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASCO Arena”, 16:00.
9 may
MOİK – “Qaradağ Lökbatan”
Binə qəsəbə stadionu, 16:00.
“Qəbələ-2” – “Neftçi-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.
“Turan Tovuz-2” – “Zaqatala”
Tovuz şəhər stadionu, 16:00.
10 may
“Zirə-2” – “Qarabağ-2”
Binə qəsəbə stadionu, 16:00.
“Sumqayıt-2” – “İmişli”
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.
“Kəpəz-2” – “Şamaxı-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.


