Birinci Divizion: “Araz Naxçıvan” Şamaxıda da qələbə qazandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 18-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Zaqatala” “Qaradağ Lökbatan”la ev oyununda 3 xalı tək qolla qazanıb. “Qarabağ”ın ikinci komandası da “Mingəçevir”i oxşar hesabla məğlub edib. Məhsuldar alınan “Neftçi” və “Səbail”in əvəzediciləri arasındakı oyunda isə meydan sahibləri darmadağına seviniblər. Səfərdə “Şamaxı”ın əvəzedici komandası ilə üz-üzə gələn lider “Araz Naxçıvan” da turu inamlı qələbə ilə başa vurub.

Beləliklə, 18 turdan sonra 41 xala malik “Araz Naxçıvan” vahid liderdir. “Neftçi-2” 34 xalla ikinci, “Turan Tovuz-2” 32 xalla üçüncüdür.

Birinci Divizion
18ci tur
21 fevral

“Sumqayıt-2” – “Turan Tovuz-2” 1:1
Qol: Xəzər Mahmudov, 71 – Elçin Qasımov, 73.
Hakimlər: Səbuhi Bayramov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Şamil İmanzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Sumqayıt Arena”, ehtiyat meydança, 14:00.

“Kəpəz-2” – “Qəbələ-2” 1:2
Qol: Elnur Cəfərov, 90+6 – Gülağa Əsədov, 40. Mehrac Baxşalı, 46.
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Asif Abdullayev, Namiq Bəkirov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Gəncə şəhər stadionu, ehtiyat meydança, 14:00.

“İmişli” – MOİK 0:2
Qol: İlham Allahverdiyev, 31. Cavid Quliyev, 65.
Hakimlər: Əkbər Əhmədov, Anar Bədəlov, Sənan Atayev, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Saatlı OİK stadionu, 14:00.

22 fevral

“Zaqatala” – “Qaradağ Lökbatan” 1:0
Qol: İbrahim Qədirzadə, 2.
Hakimlər: Vüqar Həsənli, Rasim Axundov, Rəhman Aslanov, Rəsul Babayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zaqatala OİK stadionu, 14:00.

“Şamaxı-2” – “Araz Naxçıvan” 0:2
Qol: Xəyal Tomarov, 15. Orxan Əliyev, 44-pen.
Hakimlər: Rauf Allahverdiyev, Vüqar Bayramov, Orxan İbişov, Emin Əliyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı şəhər stadionu, 14:00.

“Qarabağ-2” – “Mingəçevir” 1:0
Qol: Seyxan Fərəcov, 87.
Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Zakir Şükürzadə, Murad Səlimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 14:30.

“Neftçi-2” – “Səbail-2” 5:1
Qol: Hüseyn Babayev, 7. Ramin Nəsirli, 12. Elcan Əbilov, 26. Aqşin Abazərov, 32. Vüsal Əsgərov, 41 – Ədilxan Qarəhmədov, 10-pen.
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Aydın Bəxşiyev, İslam Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Neftçi” Futbol Mərkəzi, 4-cü meydança, 15:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: