Birinci Divizion: “Araz Naxçıvan”dan ardıcıl 7-ci qələbə!

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 7-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

Səfərdə “Zaqatala” ilə qarşılaşan “Qarabağ”ın əvəzediciləri turu 1 xalla başa vurub. “Səbail” və “Şamaxı”ının əvəzediciləri arasındakı oyunda meydan sahibləri əzmkar qələbəyə seviniblər. “Neftçi”nin ikinci komandası “İmişli” ilə oyunda darmadağına imza atıb. Lider “Araz Naxçıvan” da “Turan Tovuz”un əvəzedicilərini məğlub yola salıb.

Birinci Divizion
7-ci tur
11 oktyabr

MOİK – “Zirə-2” 1:2
Qol: Emin Mehtiyev, 20-pen – Elmar Rəhimov, 13. Xəqani Sadıxov, 45+2-pen.
Hakimlər: Kamran Əliyev, Səbuhi Soltanov, Anar Bədəlov, Emin Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
Binə qəsəbə stadionu, 15:00.

“Mingəçevir” – “Sumqayıt-2” 1:1
Qol: Vüsal İsmayılov, 8 – Cavid Quliyev, 21.
Hakimlər: Kamranbəy Rəhimov, Orxan İbişov, Taleh Məmmədov, Əkbər Əhmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.

“Qaradağ Lökbatan” – “Kəpəz-2” 2:3
Qol: Elnur Cəfərov, 5; 81-pen – Rauf Əliyev, 36; 69. Nemət Musayev, 38.
Hakimlər: Namiq Bəkirov, Elman Kərimov, Tərlan Talıbzadə, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

12 oktyabr

“Səbail-2” – “Şamaxı-2” 2:1
Qol: Vidadi Cəfərov, 80-pen. Xəyal Bədirov, 90+1 – Əli Əliyev, 4.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: İmanxan Sultani.
“ASCO Arena”, 14:00.

“Zaqatala” – “Qarabağ-2” 1:1
Qol: Cəlal Cəbrayılov, 63 – Elmir Abbasov, 27.
Hakimlər: Rövşən Rəcəbov, Ruslan Quliyev, Teymur Teymurov, İrşad Aydınov.
Hakim-inspektor: Munis Abdullayev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Neftçi-2” – “İmişli” 7:1
Qol: Ağadadaş Salyanski, 22; 29. Vüsal Əsgərov, 35. Bahadur Quliyev, 43; 45. Aqşin Abazərov, 63. Elşad Tağıyev, 90 – Əli Tağızadə, 90+1.
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Zakir Şükürzadə, Mahmud Bağırzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 16:00.

“Araz Naxçıvan” – “Turan Tovuz-2” 2:1
Qol: Faiq Hacıyev, 8-öz qapısına. Orxan Əliyev, 76 – Sadiq Şəfiyev, 40.
Hakimlər: Əli Əliyev, Asif Abdullayev, Elmin Süleymanov, İslam Məmmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
Naxçıvan Muxtar Respublika stadionu, 16:30.