Birinci Divizion: “Araz Naxçıvan”la “Zirə” də bacarmadı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 6-cı tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.

Lider “Araz Naxçıvan” səfərdə “Zirə”nin əvəzedicilərini tək qolla yenib. “Mingəçevir” isə “Kəpəz”in ikinci komandasına oxşar hesabla uduzub. MOİK də “Sumqayıt”ın əvəzedicilərinə məğlub olub. “Turan Tovuz”la “Qəbələ”nin əvəzedici komandalarının görüşü isə Tovuz təmsilçisinin inamlı qələbəsiylə bitib.

Birinci Divizion
6-cı tur
4 oktyabr

“Qarabağ-2” – “Neftçi-2” 0:1
Qol: Vüsal Əsgərov, 27.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Elman Kərimov, Nicat İsmayıllı.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 15:00.

“Şamaxı-2” – “Qaradağ Lökbatan” 0:0
Hakimlər: Kamran Əliyev, Səbuhi Soltanov, Anar Bədəlov, Namiq Bəkirov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Şamaxı şəhər stadionu, 15:00.

“İmişli” – “Səbail-2” 2:3
Qol: Comərd Baxşəliyev, 23. Babək Yaqublu, 71 – Kizito Luvaqa, 11. Tural Bayramlı, 42. Ayaz Mikayılov, 84.
Hakimlər: Elvin Bayramov, Elmin Süleymanov, Teymur Teymurov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

5 oktyabr

“Zirə-2” – “Araz Naxçıvan” 0:1
Qol: Orxan Əliyev, 14.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “ASK Arena”, 13:00.

“Kəpəz-2” – “Mingəçevir” 1:0
Qol: Rauf Əliyev, 45+1.
Hakimlər: Əli Əliyev, Asif Abdullayev, Rasim Axundov, İslam Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

MOİK – “Sumqayıt-2” 1:3
Qol: Fərmayıl Əliyev, 12 – Cavid Quliyev, 59; 78-pen. Nihad Əhmədzadə, 90+2.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 15:00.

“Turan Tovuz-2” – “Qəbələ-2” 2:0
Qol: Rəşad Əliyev, 71. Akif Tağıyev, 90+2.
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Zakir Şükürzadə, İrşad Aydınov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 15:00.