Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/23 mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, yeni mövsümün 1-ci turunun görüşləri iki gün ərzində keçiriləcək.
İlk oyun günündə dörd qarşılaşma baş tutacaq. Mövsümün ilk oyunları “Turan Tovuz-2” və “Şamaxı-2”, həmçinin MOİK və “Zaqatala” arasında baş tutacaq. “Araz Naxçıvan” “Qarabağ”ın əvəzedicilərini qəbul edəcək. Nəhayət, günün son matçında “Zirə” və “Kəpəz”in əvəzediciləri üz-üzə gələcək.
Sonuncu oyun günündə isə üç görüş keçiriləcək. “Mingəçevir” – “Neftçi-2” ilə qarşılaşacaqsa, “Qaradağ Lökbatan” “Səbail-2” ilə üz-üzə gələcək. “Qəbələ”nin əvəzediciləri dəd ilk oyunda “İmişli”ni qəbul edəcək.
Birinci Divizion
1-ci tur
24 avqust
“Turan Tovuz-2” – “Şamaxı-2”
Tovuz şəhər stadionu, 16:30
MOİK – “Zaqatala”
Binə qəsəbə stadionu, 16:30
“Araz Naxçıvan” – “Qarabağ-2”
Naxçıvan Muxtar Respublika stadionu, 17:00
“Zirə-2” – “Kəpəz-2”
“ASK Arena”, 19:30
25 avqust
“Mingəçevir” – “Neftçi-2”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:30
“Qaradağ Lökbatan” – “Səbail-2”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30
“Qəbələ-2” – “İmişli”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:30