Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün 26-cı turundan təxirə salınmış bir oyun keçiriləcək. Arena.az xəbər verir ki, günün yeganə matçı Gəncədə yerli “Kəpəz”lə “Qarabağ”ın əvəzedici komandaları arasında baş tutacaq.
Artıq bu oyununun təyinatları da açıqlanıb. Qarşılaşmanın baş hakimi Şamil İmanzadə olacaq.
Birinci Divizion
26-cı turun oyunu
19 may
“Kəpəz-2” – “Qarabağ-2”
Hakimlər: Şamil İmanzadə, Rasim Axundov, Aydın Bəxşiyev, Rəsul Babayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.