Birinci Divizion: “Kəpəz” məğlubiyyətdən son anda qurtuldu

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 11-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Sumqayıt”ın əvəzedici komandası “Zaqatala” səfərindən 1 xalla ayrılıb. “Kəpəz” MOİK-lə heç-heçə edib. “Qəbələ”nin əvəzedici komandası isə “Qaradağ Lökbatan”a uduzub.

Tura sabah keçiriləcək qarşılaşmalarla yekun vurulacaq. Sonuncu oyun günündə “Sabah”ın əvəzediciləri “Qarabağ”ın, “Zirə”nin əvəzediciləri isə “Neftçi”nin ikinci komandası ilə qarşılaşacaq. Turun qapanış matçı “Səbail” və “Keşlə”nin əvəzediciləri arasında baş tutacaq.

Birinci Divizion
11-ci tur

6 dekabr

Zaqatala – Sumqayıt-2 0:0
Hakimlər: İnqilab Məmmədov, Teymur Teymurov, Taleh Məmmədov, Namiq Bəkirov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

Qəbələ-2 – Qaradağ Lökbatan 0:2
Qol: Elnur Cəfərov, 7. Sabir Allahquliyev, 45.
Hakimlər: Rəvan Həmzəzadə, Qəzənfər Məmmədov, Tərlan Talıbzadə, Rəşad Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.

MOİK – Kəpəz 1:1
Qol: İsa Zeynallı, 41-pen – Bəhruz Teymurov, 90+7.
Qırmızı vərəqə: Elşən Veysov, 73 (MOİK).
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Binə qəsəbə stadionu, 14:00.

7 dekabr

Sabah-2 – Qarabağ-2
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Kamal Umudlu.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.

Zirə-2 – Neftçi-2
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Cavid Cəlilov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “ASK Arena”, 14:00.

Səbail-2 – Keşlə-2
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Ruslan Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “ASCO Arena”, 14:30.