Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün 26-cı turundan təxirə salınmış bir oyun keçirilib. Arena.az xəbər verir ki, günün yeganə matçı Gəncədə yerli “Kəpəz”lə “Qarabağ”ın əvəzedici komandaları arasında baş tutub.
Üç qolun qeydə alındığı qarşılaşmanın yekununda qələbəni meydan sahibləri bayram ediblər. Bu qələbədən sonra xallarının sayını 43-ə çatdıran “Kəpəz-2” 6-cı pilləyə yüksəlib. “Qarabağ”ın ikinci komandası isə 30 xalla 11-ci pillədə qalıb.
Xatırıladaq ki, çempionluğu bir neçə tur öncə təmin etmiş “Araz Naxçıvan” sona bir tur qalmış 66 xalla zirvədə qərarlaşıb. İkinci pillədəki “Neftçi-2” də gümüş medalları təmin edib. Bürünc medallara isə bir neçə komanda namizəddir: “Turan Tovuz-2” – 45, “Zaqatala” 44, “Qəbələ-2” – 43, “Kəpəz-2” – 43, MOİK – 43, “Səbail-2” 43 xal.
Birinci Divizion
26-cı turun oyunu
19 may
“Kəpəz-2” – “Qarabağ-2” 2:1
Qollar: Cavad Kərimov, 7; 86 – Hüseyn Hüseynli, 90.
Hakimlər: Şamil İmanzadə, Rasim Axundov, Aydın Bəxşiyev, Rəsul Babayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.