Birinci Divizion: “Kəpəz”lə “Zirə” səfərdə qələbə qazandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 7-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Mingəçevir”lə “Sumqayıt”ın əvəzediciləri arasında baş tutan matçda qalib müəyyənləşməyib. MOİK evdə “Zirə”nin, “Qaradağ Lökbatan” isə “Kəpəz”in əcəzedicilərinə uduzub.

Sonuncu matç günündə daha 4 qarşılaşma baş tutacaq.

Birinci Divizion
7-ci tur
11 oktyabr

MOİK – “Zirə-2” 1:2
Qol: Emin Mehtiyev, 20-pen – Elmar Rəhimov, 13. Xəqani Sadıxov, 45+2-pen.
Hakimlər: Kamran Əliyev, Səbuhi Soltanov, Anar Bədəlov, Emin Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
Binə qəsəbə stadionu, 15:00.

“Mingəçevir” – “Sumqayıt-2” 1:1
Qol: Vüsal İsmayılov, 8 – Cavid Quliyev, 21.
Hakimlər: Kamranbəy Rəhimov, Orxan İbişov, Taleh Məmmədov, Əkbər Əhmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.

“Qaradağ Lökbatan” – “Kəpəz-2” 2:3
Qol: Elnur Cəfərov, 5; 81-pen – Rauf Əliyev, 36; 69. Nemət Musayev, 38.
Hakimlər: Namiq Bəkirov, Elman Kərimov, Tərlan Talıbzadə, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

12 oktyabr

“Səbail-2” – “Şamaxı-2”
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: İmanxan Sultani.
“ASCO Arena”, 14:00.

“Zaqatala” – “Qarabağ-2”
Hakimlər: Rövşən Rəcəbov, Ruslan Quliyev, Teymur Teymurov, İrşad Aydınov.
Hakim-inspektor: Munis Abdullayev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Neftçi-2” – “İmişli”
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Zakir Şükürzadə, Mahmud Bağırzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 16:00.

“Araz Naxçıvan” – “Turan Tovuz-2”
Hakimlər: Əli Əliyev, Asif Abdullayev, Elmin Süleymanov, İslam Məmmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
Naxçıvan Muxtar Respublika stadionu, 16:30.