Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün 23-cü turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.
Lider “Araz Naxçıvan” doğma meydanda “Qəbələ”nin əvəzediciləri ilə üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb.
MOİK “Turan Tovuz”un ikinci komandası ilə ev oyununda inamlı qələbəyə sevinib. “Sumqayıt”ın əvəzediciləri də doğma meydanda “Qaradağ Lökbatan”a uduzublar. “Mingəçevir”lə “Zirə”nin ikinci komandasının görüşü isə heç-heçə yekunlaşıb.
Beləliklə, 23 turdan sonra 54 xalı olan “Araz Naxçıvan” vahid liderdir. “Neftçi-2” 46 xalla ikincidirsə, “Qəbələ-2” ilə MOİK-in 38 xalı var. “Kəpəz-2” 36, “Turan Tovuz-2” 35 xal toplaya bilib.
Birinci Divizion
23-cü tur
4 aprel
“Səbail-2” – “Kəpəz-2” 1:2
Qollar: Bəşir Ayralov, 70 – Fərid Məmmədov, 2. Elnur Cəfərov, 20.
Hakimlər: Kamal Umudlu, Kərim Zeynalov, Asiman Əzizli, Rövşən Rəcəbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Bayıl Arena”, 15:00.
“Zaqatala” – “İmişli” 3:1
Qollar: Elnur İbrahimov, 10. Bəhruz Teymurov, 40. Rəhman Şabanov, 68 – Tolqar Yaqubov, 58.
Hakimlər: Şamil İmanzadə, Rasim Axundov, Anar Bədəlov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Zaqatala OİK stadionu, 15:30.
“Neftçi-2” – “Şamaxı-2” 3:1
Qollar: Həbib İsmayılov, 7. Aqşin Abazərov, 12. Elşad Tağıyev, 22-pen – Sadiq Hüseynli, 9.
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Əkbər Əhmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.
5 aprel
“Araz Naxçıvan” – “Qəbələ-2” 0:0
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Rəhman Aslanov, Emin Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Naxçıvan Muxtar Respublika stadionu, 13:00.
MOİK – “Turan Tovuz-2” 2:0
Qol: İlham Allahverdiyev, 65. İsa Zeynallı, 68.
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Sənan Atayev, Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Binə qəsəbə stadionu, 15:00.
“Sumqayıt-2” – “Qaradağ Lökbatan” 1:3
Qol: Xəzər Mahmudov, 15 – Nihad Ağayev, 57-öz qapısına. Ramin Məhərrəmli, 65. Ceyhun Muxtarlı, 82.
Hakimlər: Namiq Bəkirov, Vüqar Bayramov, Ruslan Quliyev, Murad Səlimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:30.
“Mingəçevir” – “Zirə-2” 1:1
Qol: Tural Məmmədzadə, 67 – Taleh Fərmanov, 66.
Hakimlər: Əli Əliyev, Elman Kərimov, Zakir Şükürzadə, Tural İbrahimov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:30.


