Birinci Divizion: Lider qalib gəldi, “Qarabağ”la “Neftçi” uduzdu

Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 17-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Səfərdə “Qaradağ Lökbatan”la qarşılaşan “Neftçi”nin ikinci komandası turu məğlubiyyətlə başa vurub. MOİK-in qonağı olan “Qarabağ”ın əvəzedici komandası da 3 cavabsız qolla uduzub. Lider “Araz Naxçıvan” isə “İmişli” ilə ev oyununda darmadağına sevinib.

Turun qalan dörd oyunu sonuncu matç gününə təsadüf edəcək.

Birinci Divizion
17ci tur
14 fevral

“Qaradağ Lökbatan” – “Neftçi-2” 1:0
Qol: Sabir Allahquliyev, 43.
Hakimlər: Tural İbrahimov, Vüqar Bayramov, Sənan Atayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Lökbatan OİK stadionu, 14:00.

MOİK – “Qarabağ-2” 3:0
Qol: İlham Allahverdiyev, 55. İsa Zeynallı, 76-pen. Elmir Rəhimzadə, 90+2.
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Rasim Axundov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 14:00.

“Araz Naxçıvan” – “İmişli” 3:0
Qol: Fəhmin Muradbəyli, 17; 36. Orxan Əliyev, 67-pen.
Hakimlər: Əli Əliyev, Rəhman Aslanov, Zakir Şükürzadə, İslam Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Naxçıvan Muxtar Respublika stadionu, 15:00.

15 fevral

“Zirə-2” – “Sumqayıt-2”
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Aydın Bəxşiyev, Əkbər Əhmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “ASK Arena”, 13:00.

“Qəbələ-2” – “Şamaxı-2”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Kərim Zeynalov, Rəsul Babayev.
Hakim-inspektor: Feyzulla Zeyzullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Kəpəz-2” – “Turan Tovuz-2”
Hakimlər: Emin Əliyev, Ruslan Quliyev, Orxan İbişov, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Mingəçevir” – “Zaqatala”
Hakimlər: Nicat İsmayıllı, Elman Kərimov, Qəzənfər Məmmədov, Elvin Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.