Birinci Divizion: Liderdən inamlı qələbə, “Qaradağ Lökbatan”dan darmadağın

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 13-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Zaqatala” ilə “Turan Tovuz”un ikinci komandası arasındakı matçda qalib müəyyənləşməyib. “Qaradağ Lökbatan” MOİK-lə ev oyununda darmadağınla qalib gəlibsə, lider “Araz Naxçıvan” “Səbail”in əvəzediciləri ilə səfər oyunundan inamlı qələbə ilə ayrılıb. “Neftçi” və “Qəbələ”nin əvəzediciləri arasındakı oyunda da paytaxt təmsilçisi sevinən tərəf olub.

13-cü turun qalan üç görüşü isə sabah keçiriləcək.

Birinci Divizion
13-cü tur
5 dekabr

“Qaradağ Lökbatan” – MOİK 3:0
Qol: Murad Dadaşov, 7. Mehdi Həşimov, 51. Sabir Allahquliyev, 76.
Hakimlər: Kamal Umudlu, Zakir Şükürzadə, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Səbail-2” – “Araz Naxçıvan” 0:2
Qol: Bayraməli Qurbanov, 54; 70.
Hakimlər: Şamil İmanzadə, Zöhrab Abbasov, Orxan İbişov, Əli Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
“ASKO Arena”, 14:00.

“Zaqatala” – “Turan Tovuz-2” 1:1
Qol: Valeh Qəhrəmanlı, 7 – Elçin Qasımov, 90+4.
Hakimlər: Səbuhi Bayramov, Asiman Əzizli, Taleh Məmmədov, İrşad Aydınov.
Hakim-inspektor: Gülağa Cabarov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Neftçi-2” – “Qəbələ-2” 1:0
Qol: Aqşin Abazərov, 15.
Hakimlər: Kamranbəy Rəhimov, Elman Kərimov, Vüqar Bayramov, Kamran Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
“Neftçi” Futbol mərkəzi (4-cü meydança), 15:00.

6 dekabr

“Qarabağ-2” – “Zirə-2”
Hakimlər: Sərxan İsmayılov, Səbuhi Soltanov, Ruslan Quliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Orxan Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.

“İmişli” – “Sumqayıt-2”
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Asif Abdullayev, İslam Məmmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Şamaxı-2” – “Kəpəz-2”
Hakimlər: Emin Əliyev, Elmin Süleymanov, Anar Bədəlov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Munis Abdullayev.
Şamaxı şəhər stadionu, 14:00.