Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün 27-ci turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
“Neftçi” və “Turan Tovuz”un ikinci komandalarının görüşündə qapılara dörd qol vurulsa da, qalib müəyyənləşməyib.
“Qarabağ”la “Sumqayıt”ın əvəzedicilərinin görüşündə isə qonaqlar tək qolla qələbə qazanıblar.
“Kəpəz”in əvəzediciləri də səfərdə “İmişli”ni məğlub edib. “Zaqatala” isə “Zirə”nin əvəzedicilərdən ibarət komandasını 3 cavabsız qolla məğlub edib.
Turun qalan üç oyunu sabah baş tutacaq.
Birinci Divizion
27-ci tur
3 may
“Qarabağ-2” – “Sumqayıt-2” 0:1
Qol: Rüfət Abdullazadə, 13-pen.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Aydın Bəxşiyev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 16:00.
“Zaqatala” – “Zirə-2” 3:0
Qol: Bəhruz Teymurov, 15; 40; 52.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Anar Bədəlov, Elvin Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Neftçi-2” – “Turan Tovuz-2” 2:2
Qol: Elşad Tağıyev, 16. Həbib İsmayılov, 37 – Famil Camalov, 63. Hüseyn Hüseynov, 85.
Hakimlər: Kamal Umudlu, Ruslan Quliyev, Rasim Axundov, Namiq Bəkirov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.
“İmişli” – “Kəpəz-2” 1:2
Qol: Elşad Tağıyev, 16. Həbib İsmayılov, 37 – Famil Camalov, 63. Hüseyn Hüseynov, 85.
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:30.
4 may
“Səbail-2” – “Qəbələ-2”
Hakimlər: Kamran Əliyev, Elman Kərimov, Asiman Əzizli, Əli Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “ASCO Arena”, 16:00.
“Qaradağ Lökbatan” – “Araz Naxçıvan”
Hakimlər: Nicat İsmayıllı, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
“Mingəçevir” – MOİK
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Zakir Şükürzadə, Tural İbrahimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:30.


