Futbol üzrə Azərbaycan Birinci Divizionunda 6-cı tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
“Şamaxı”nın əvəzediciləri ilə “Qaradağ Lökbatan” arasındakı oyunda qapılara qol vurulmayıb. “Qarabağ” və “Neftçi”nin əvəzedicilərinin duelində qonaqlar sevinən tərəf olub. “İmişli” isə doğma meydanda “Səbail”in ikinci komandasına məğlub olub.
Tura sabah – oktyabrın 5-də keçiriləcək 4 oyunla yekun vurulacaq.
Birinci Divizion
6-cı tur
4 oktyabr
“Qarabağ-2” – “Neftçi-2” 0:1
Qol: Vüsal Əsgərov, 27.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Elman Kərimov, Nicat İsmayıllı.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 15:00.
“Şamaxı-2” – “Qaradağ Lökbatan” 0:0
Hakimlər: Kamran Əliyev, Səbuhi Soltanov, Anar Bədəlov, Namiq Bəkirov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Şamaxı şəhər stadionu, 15:00.
“İmişli” – “Səbail-2” 2:3
Qol: Comərd Baxşəliyev, 23. Babək Yaqublu, 71 – Kizito Luvaqa, 11. Tural Bayramlı, 42. Ayaz Mikayılov, 84.
Hakimlər: Elvin Bayramov, Elmin Süleymanov, Teymur Teymurov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.
5 oktyabr
“Zirə-2” – “Araz Naxçıvan”
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “ASK Arena”, 13:00.
“Kəpəz-2” – “Mingəçevir”
Hakimlər: Əli Əliyev, Asif Abdullayev, Rasim Axundov, İslam Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.
MOİK – “Sumqayıt-2”
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 15:00.
“Turan Tovuz-2” – “Qəbələ-2”
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Zakir Şükürzadə, İrşad Aydınov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 15:00.