Birinci Divizion: “Qarabağ” “Qaradağ Lökbatan”a qalib gəldi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 4-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Qarabağ”ın əvəzediciləri ilə “Qaradağ Lökbatan” arasındakı oyunda meydan sahibləri inamlı qələbəyə sevinib. “Şamaxı”nın ikinci komandası ilə MOİK arasındakı görüşdə isə heç-heçə qeydə alınıb.

Birinci Divizion
4-cü tur
13 sentyabr

“Qarabağ-2” – “Qaradağ Lökbatan” 2:0
Qol: Elvin Nəsibov, 74; 84.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Rasim Axundov, Cavid Cəlilov
Hakim-inspektor: Asim Xudiyev
Binə qəsəbə stadionu, 16:00.

“Şamaxı-2” – MOİK 1:1
Qol: Sadiq Hüseynli, 87 – Samir Məmmədzadə, 90+4.
Hakimlər: Elvin Bayramov, Elmin Süleymanov, Teymur Teymurov, İrşad Aydınov
Hakim-inspektor: Feyzulla Feyzullayev
Şamaxı şəhər stadionu, 16:00.

14 sentyabr

“Zaqatala” – “Səbail-2”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Orxan Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Kəpəz-2” – “Araz Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asif Abdullayev, Zakir Şükürzadə, Əkbər Əhmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
Gəncə şəhər stadionu (azarkeşsiz), 16:00.

“İmişli” – “Mingəçevir”
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Elman Kərimov, Kamran Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Zirə-2” – “Turan Tovuz-2”
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Şirmamed Mamedov, Nicat İsmayıllı.
Hakim-inspektor: İmanxan Sultani.
Bakı. “ASK Arena”, 19:30.

19 sentyabr

“Sumqayıt-2” – “Qəbələ-2”
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Vüqar Həsənli.
Hakim-inspektor: Munis Abdullayev.
“Sumqayıt Arena”, 16:00.