Futbol üzrə Azərbaycan Birinci Divizionunda 23-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Zaqatala” doğma meydanda “Qarabağ”ın ikinci komandası ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
MOİK isə “Sumqayıt”ın əvəzedicilərini qəbul edib və inamlı qələbəyə sevinib.
Turun qalan qarşılaşmaları sabah keçiriləcək.
Birinci Divizion
23-cü tur
26 aprel
“Zaqatala” – “Qarabağ-2” 1:2
Qollar: Roini İsmayılov, 18 – Mehdi Tahirov, 15. Seyxan Fərəcov, 35.
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
MOİK – “Sumqayıt-2” 2:0
Qol: Əli Əliyev, 20. İlham Allahverdiyev, 42.
Hakimlər: Rövşən Rəcəbov, Nahid Əliyev, Vüqar Bayramov, Tural Qurbanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 16:00.
27 aprel
“Turan Tovuz” – “Şamaxı-2”
Hakimlər: Vüqar Həsənli, Elmin Süleymanov, Elman Kərimov, Namiq Bəkirov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 15:00.
“Zirə-2” – “Kəpəz”
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Kərim Zeynalov, Emin Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“ASK Arena”, 16:00.
“Səbail-2” – “Neftçi-2”
Hakimlər: Səbuhi Bayramov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASCO Arena”, 16:00.
“Sabah-2” – “Qaradağ Lökbatan”
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Binə qəsəbə stadionu, 16:00.


