Birinci Divizion: “Qarabağ” və “Sumqayıt” səfərdə uduzdu

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 14-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Şamaxı” ilə “Sumqayıt”ın əvəzediciləri arasındakı oyunda meydan sahibləri qalib gəliblər. “Turan Tovuz”la “Qarabağ”ın ikinci komandalarının dueli də tovuzluların inamlı qələbəsiylə yekunlaşıb. “Qaradağ Lökbatan” da səfərdə “Mingəçevir” üzərində qələbəyə sevinib. “Zirə-2” ilə “İmişli” arasındakı oyunda isə qalib müəyyənləşməyib.

Tura sabah keçiriləcək üç oyunla yekun vurulacaq.

Birinci Divizion
14-cü tur
10 dekabr

“Şamaxı-2” – “Sumqayıt-2” 2:1
Qol: Abdulla Rzayev, 45. Bəhruz Teymurov, 50 – Cavidan Abbaszadə, 55.
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu, 14:00.

“Turan Tovuz-2” – “Qarabağ-2” 3:1
Qol: İzzət Müştaqov, 45. Nazim Həsənzadə, 81; 90+3 – Seyxan Fərəcov, 57.
Hakimlər: Kamran Əliyev, Elman Kərimov, Zakir Şükürzadə, İrşad Aydınov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi:Əsgər Əmirəliyev.
Tovuz şəhər stadionu, 14:00.

“Mingəçevir” – “Qaradağ Lökbatan” 0:2
Qol: Elnur Cəfərov, 51-pen. Ceyhun Muxtarlı, 57.
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Asif Abdullayev, Rəsul Babayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.

“Zirə-2” – “İmişli” 1:1
Qol: Xəqani Sadıxov, 74 – Bayram Əliyev, 62.
Hakimlər: Namiq Bəkirov, Rasim Axundov, Anar Bədəlov, Tural İbrahimov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bakı. “ASK Arena”, 15:00.

11 dekabr

MOİK – “Səbail-2”
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Sevda Nuriyev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi:Asif Əliyev.
Binə qəsəbə stadionu, 13:30.

“Qəbələ-2” – “Zaqatala”
Hakimlər: İslam Məmmədov, Zöhrab Abbasov, Asiman Azizli, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Araz Naxçıvan” – “Neftçi-2”
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Şirmamed Mamedov, Elvin Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi:Rüfət Əmirov.
Naxçıvan Muxtar Respublika Stadionu, 14:00.