Birinci Divizion: “Qarabağ”la “Kəpəz” uduzdu, “İmişli” qalib gəldi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 13-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

“Qarabağ”la “Zirə”nin əvəzedici komandaları arasındakı oyunda qonaqlar minimal hesabla qalib gəliblər. “Şamaxı” və “Kəpəz”in ikinci komandalarının görüşü isə meydan sahiblərinin xeyrinə yekunlaşıb. “İmişli” də “Sumqayıt”ın əvəzediciləri üzərində çətin qələbəyə sevinib.

Birinci Divizion
13-cü tur
5 dekabr

“Qaradağ Lökbatan” – MOİK 3:0
Qol: Murad Dadaşov, 7. Mehdi Həşimov, 51. Sabir Allahquliyev, 76.
Hakimlər: Kamal Umudlu, Zakir Şükürzadə, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Səbail-2” – “Araz Naxçıvan” 0:2
Qol: Bayraməli Qurbanov, 54; 70.
Hakimlər: Şamil İmanzadə, Zöhrab Abbasov, Orxan İbişov, Əli Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
“ASKO Arena”, 14:00.

“Zaqatala” – “Turan Tovuz-2” 1:1
Qol: Valeh Qəhrəmanlı, 7 – Elçin Qasımov, 90+4.
Hakimlər: Səbuhi Bayramov, Asiman Əzizli, Taleh Məmmədov, İrşad Aydınov.
Hakim-inspektor: Gülağa Cabarov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Neftçi-2” – “Qəbələ-2” 1:0
Qol: Aqşin Abazərov, 15.
Hakimlər: Kamranbəy Rəhimov, Elman Kərimov, Vüqar Bayramov, Kamran Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
“Neftçi” Futbol mərkəzi (4-cü meydança), 15:00.

6 dekabr

“Qarabağ-2” – “Zirə-2” 0:1
Qol: Taleh Fərmanov, 29.
Hakimlər: Sərxan İsmayılov, Səbuhi Soltanov, Ruslan Quliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Orxan Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.

“İmişli” – “Sumqayıt-2” 3:2
Qollar: Nurlan Bayramov, 1-öz qapısına. Əli Tağızadə, 41. Bayram Əliyev, 47 – Cavid Quliyev, 79. Nihad Məmmədov, 88.
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Asif Abdullayev, İslam Məmmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Şamaxı-2” – “Kəpəz-2” 1:0
Qol: Rüstəm Əlizadə, 90+2.
Hakimlər: Emin Əliyev, Elmin Süleymanov, Anar Bədəlov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Munis Abdullayev.
Şamaxı şəhər stadionu, 14:00.