Birinci Divizion: “Qarabağ”la “Zaqatala”dan qələbə

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 9-cu tura yekun vurulub. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Qarabağ”ın əvəzediciləri MOİK-lə oyundan inamlı qələbə ilə ayrılıb. “Zaqatala” isə “Qaradağ Lökbatan”ı məğlub yola salıb.

Xatırladaq ki, 9-cu turun digər oyunları ötən gün baş tutub. “Turan Tovuz” doğma meydanda “Neftçi″nin əvəzedicilərinə uduzub. “Zirə” ilə “Sumqayıt”ın əvəzedicilərinin görüşündə də qonaqlar qələbə qazanan tərəf olub. “Sabah”ın əvəzedici komandası qırmızı vərəqə ilə azlıqda qaldığı oyunda “Qəbələ”nin əvəzedicilərindən üstün olub. “Kəpəz” isə səfərdə “Səbail”in əvəzedicilərinə böyük hesabla qalib gəlib.

Birinci Divizion
9-cu tur
23 noyabr

Turan Tovuz – Neftçi-2 0:1
Qol: Əli Sadıxov, 45.
Qırmızı vərəqə: Nicat Musayev, 85 (Neftçi-2).
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Tərlan Talıbzadə, Vüqar Həsənli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu, 14:00.

Zirə-2 – Sumqayıt-2 1:2
Qol: Əli Mürsəlov, 36 – Emil Əliyev, 71. Murad Xaçayev, 85-pen.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Vüqar Bayramov, Emin Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
“ASK Arena”, 14:00.

Sabah-2 – Qəbələ-2 2:1
Qol: Kamran Quliyev, 78-pen. Həzrət İsayev, 88 – Gülağa Əsədov, 11-pen.
Qırmızı vərəqə: İldar Alekperov, 74 (Sabah-2).
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Teymur Teymurov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 14:00.

Səbail-2 – Kəpəz 1:4
Qol: Xəyal Bədirov, 90 – Bəhruz Teymurov, 21; 37. Cavad Kərimov, 58; 90+8.
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Asiman Əzizli, Fərid Hacıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “ASCO Arena”, 16:00.

24 noyabr

MOİK – Qarabağ-2 1:3
Qol: Elvin Nəsibov, 65-pen – Əli Nəcəfli, 12. Nahid Quliyev, 60-pen. Mirmövsüm Canıyev, 86.
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Elman Kərimov, İnqilab Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Binə qəsəbə stadionu, 14:00.

Zaqatala – Qaradağ Lökbatan 2:1
Qol: Roini İsmayılov, 72. Əsədulla Heydərov, 90+1 – Sabir Allahquliyev, 70.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elvin Bayramov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.