Birinci Divizion: “Şamaxı”dan Sumqayıtda möhtəşəm geridönüş

Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün 29-cu turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Sumqayıt”ın əvəzediciləri doğma meydanda “Şamaxı”nın ikinci komandası ilə üz-üzə gəlib. İlk hissədə 3 cavabsız qol vuran meydan sahibləri 81-ci dəqiqədən sonra buraxdıqları qollar nəticəsində məğlubiyyətə üzülüblər. “İmişli”nin “Zirə”nin əvəzedici komandası ilə ev oyununda isə qalib müəyyənləşməyib.

Birinci Divizion
29-cu tur
16 may

“Qarabağ-2” – “Turan Tovuz-2” 1:3
Qollar: Seyxan Fərəcov, 63 – Rəşad Əliyev, 28. Ramin Süleymanov, 42. Famil Camalov, 90+2.
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Əli Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 16:30.

“Zaqatala” – “Qəbələ-2” 2:2
Qollar: Bəhruz Teymurov, 34-pen. Cavid Həşimov, 86 – Mehrac Baxışlı, 11. Rauf Məhərrəmov, 18.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Səbuhi Soltanov, Namiq Bəkirov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zaqatala OİK stadionu, 16:30.

“Neftçi-2” – “Araz Naxçıvan” 2:1
Qollar: Elşad Tağıyev, 43-pen. Fariz Xeyrullayev, 63 – Fərid Kərimzadə, 49.
Hakimlər: Kamranbəy Rəhimov, Orxan İbişov, Asif Abdullayev, Elvin Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.

“Səbail-2” – MOİK 0:0
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Kərim Zeynalov, Şamil İmanzadə.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“ASCO Arena”, 16:30.

“Qaradağ Lökbatan” – “Mingəçevir” 1:0
Qol: Ürfan İsmayılov, 56.
Hakimlər: Tural İbrahimov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Lökbatan OİK stadionu, 16:30.

18 may

“Sumqayıt-2” – “Şamaxı-2” 3:4
Qol: Rüfət Abdullazadə, 3; 35. Uğur Cahangirov, 31 – Fərid Nadirov, 81. Asim Əlizadə, 85. Nihad Həsənzadə, 90+1. Nihad Ağayev, 90+5-öz qapısına.
Hakimlər: Vüqar Həsənli, Sənan Atayev, Rəhman Aslanov, Nicat İsmayıllı.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:30.

“İmişli” – “Zirə-2” 1:1
Qol: Tolqar Yaqubov, 64 – Xəqani Sadıxov, 78.
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Zakir Şükürzadə, Murad Səlimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 17:00.