Birinci Divizion: “Turan Tovuz” qərb derbisində məğlub oldu

Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 17-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Zirə” və “Sumqayıt”ın əvəzediciləri arasındakı oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər. “Kəpəz” və “Turan Tovuz”un ikinci komandalarının oyunu da meydan sahibi – Gəncə təmsilçisinin xeyrinə bşa çatıb. “Qəbələ” və “Şamaxı”nın əvəzedicilərinin oyununda, eləcə də “Mingəçevir” – “Zaqatala” oyununda isə qalib müəyyənləşməyib.

Beləliklə, 17 turdan sonra 38 xala malik “Araz Naxçıvan” vahid liderdir. “Turan Tovuz”la “Neftçi”nin əvəzediciləri eyni – 31 xal toplayıblar. “Kəpəz”in ikinci komandası isə 29 xalla dördüncü pillədə qərarlaşıb.

Birinci Divizion
17ci tur
14 fevral

“Qaradağ Lökbatan” – “Neftçi-2” 1:0
Qol: Sabir Allahquliyev, 43.
Hakimlər: Tural İbrahimov, Vüqar Bayramov, Sənan Atayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Lökbatan OİK stadionu, 14:00.

MOİK – “Qarabağ-2” 3:0
Qol: İlham Allahverdiyev, 55. İsa Zeynallı, 76-pen. Elmir Rəhimzadə, 90+2.
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Rasim Axundov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 14:00.

“Araz Naxçıvan” – “İmişli” 3:0
Qol: Fəhmin Muradbəyli, 17; 36. Orxan Əliyev, 67-pen.
Hakimlər: Əli Əliyev, Rəhman Aslanov, Zakir Şükürzadə, İslam Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Naxçıvan Muxtar Respublika stadionu, 15:00.

15 fevral

“Zirə-2” – “Sumqayıt-2” 3:1
Qol: Samir Ağayev, 23. Xəqani Sadıxov, 39-pen; 90 – Maqsud Ələkbərov, 81.
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Aydın Bəxşiyev, Əkbər Əhmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “ASK Arena”, 13:00.

“Qəbələ-2” – “Şamaxı-2” 1:1
Qol: Sənan Ağalarov, 37 – Peyman Səmədli, 35.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Kərim Zeynalov, Rəsul Babayev.
Hakim-inspektor: Feyzulla Zeyzullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Kəpəz-2” – “Turan Tovuz-2” 1:0
Qol: Elnur Cəfərov, 38.
Hakimlər: Emin Əliyev, Ruslan Quliyev, Orxan İbişov, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Mingəçevir” – “Zaqatala” 2:2
Qol: Cavid Məmmədli, 31. Elsevər Bəkirzadə, 53. Elvin Əliyev, 90+5 – Bəhruz Teymurov, 62. Cəlal Cəbrayılov, 69.
Hakimlər: Nicat İsmayıllı, Elman Kərimov, Qəzənfər Məmmədov, Elvin Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.