Birinci Divizion: “Turan Tovuz” xal itirdi, “Qəbələ” qalib gəldi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 18-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Oyunların heç birində meydan sahibləri qələbəyə sevinə bilməyib. Belə ki, “Sumqayıt”ın əvəzediciləri doğma meydanda “Turan Tovuz”la “sülh bağlayıb”. MOİK səfərdə “İmişli”dən, “Qəbələ”nin ikinci komandası isə “Kəpəz″in əvəzedicilərindən üstün olub.

Turun qalan oyunları sabah keçiriləcək.

Birinci Divizion
18-ci tur
21 fevral

“Sumqayıt-2” – “Turan Tovuz-2” 1:1
Qol: Xəzər Mahmudov, 71 – Elçin Qasımov, 73.
Hakimlər: Səbuhi Bayramov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Şamil İmanzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Sumqayıt Arena”, ehtiyat meydança, 14:00.

“Kəpəz-2” – “Qəbələ-2” 1:2
Qol: Elnur Cəfərov, 90+6 – Gülağa Əsədov, 40. Mehrac Baxşalı, 46.
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Asif Abdullayev, Namiq Bəkirov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Gəncə şəhər stadionu, ehtiyat meydança, 14:00.

“İmişli” – MOİK 0:2
Qol: İlham Allahverdiyev, 31. Cavid Quliyev, 65.
Hakimlər: Əkbər Əhmədov, Anar Bədəlov, Sənan Atayev, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Saatlı OİK stadionu, 14:00.

22 fevral

“Zaqatala” – “Qaradağ Lökbatan”
Hakimlər: Vüqar Həsənli, Rasim Axundov, Rəhman Aslanov, Rəsul Babayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zaqatala OİK stadionu, 14:00.

“Şamaxı-2” – “Araz Naxçıvan”
Hakimlər: Rauf Allahverdiyev, Vüqar Bayramov, Orxan İbişov, Emin Əliyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı şəhər stadionu, 14:00.

“Qarabağ-2” – “Mingəçevir”
Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Zakir Şükürzadə, Murad Səlimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 14:30.

“Neftçi-2” – “Səbail-2”
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Aydın Bəxşiyev, İslam Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Neftçi” Futbol Mərkəzi, 4-cü meydança, 15:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: