Futbol üzrə Azərbaycan Birinci Divizionunda 3-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.
“Turan Tovuz” doğma meydanda “Sabah”ın əvəzedici komandasına uduzub.
“Zaqatala” da “Səbail”in əvəzediciləri ilə görüşdən məğlub ayrılıb.
MOİK isə “Zirə”nin ikinci komandası üzərində darmadağına sevinib.
Xatırladaq ki, ilk oyun günündə “Kəpəz” – “Qarabağ-2” ilə oyundan 4:2 qalib ayrılmışdısa, “Qaradağ Lökbatan” səfərdə “Neftçi-2” üzərində qələbəyə sevinmişdi – 4:0.
Tura sabah keçiriləcək “Keşlə-2” – “Qəbələ-2” matçı ilə yekun vurulacaq.
Birinci Divizion
3-cü tur
29 sentyabr
Turan Tovuz – Sabah-2 1:3
Qol: Sadiq Şəfiyev, 26 – Ceyhun Nuriyev, 70; 87. Fərid Kərimzadə, 77.
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Səbuhi Soltanov, Cavid Cəlilov
Tovuz şəhər stadionu, 15:00
Zirə-2 – MOİK 0:4
Qol: Emin Mehdiyev, 2-pen. Rafael Qavami, 37. Elşən Veysov, 45+1. Ruslan Voronsov, 81.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Vüsal Məmmədov, Vüqar Həsənli
“ASK Arena”, 15:00
Səbail-2 – Zaqatala 2:0
Qol: Aydın Ağazadə, 12. Zeynəddin Əbdürahmanov, 47.
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
“ASCO Arena”, 16:00.


