Birinci Divizion: Zaqatalada darmadağın, “Qarabağ”dan qələbə

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 9-cu tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Səbail” və “Sumqayıt”ın əvəzedicilərinin oyununda dörd qol qeydə alınsa da, qalib müəyyənləşməyib. “Neftçi” ilə “Kəpəz”in əvəzediciləri də “sülh”ə razılaşıblar. “Zaqatala” doğma meydanda “Şamaxı”nın ikinci komandasını 4 cavabsız qolla yenib. “Qarabağ”ın əvəzediciləri isə “İmişli” ilə oyundan qalib ayrılıb.

Birinci Divizion
9-cu tur
25 oktyabr

MOİK – “Qəbələ-2” 2:4
Qol: İlham Allahverdiyev, 33; 71 – Fərid İsgəndərov, 5. Süleyman Damadayev, 56. Rauf Məhərrəmov, 59-pen. Əli Mürsəlov, 90+4.
Hakimlər: İslam Məmmədov, Şirmamed Mamedov, Orxan İbişov, Kamil Aydınov.
Hakim-inspektor: Vüsal Əliyev.
Binə qəsəbə stadionu, 14:00.

“Mingəçevir” – “Turan Tovuz-2” 0:3
Qol: Vüsal Məsimov, 30. Elçin Qasımov, 41. Akif Tağıyev, 76.
Hakimlər: Emin Əliyev, Rasim Axundov, Anar Bədəlov, Tural İbrahimov.
Hakim-inspektor: Əmrah İbrahimov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:30.

“Qaradağ Lökbatan” – “Zirə-2” 0:0
Hakimlər: Elvin Bayramov, Ruslan Quliyev, Asif Abdullayev, Əkbər Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
Lökbatan OİK stadionu, 14:30.

26 oktyabr

“Səbail-2” – “Sumqayıt-2” 2:2
Qol: Ayaz Mikayılov, 4. Balamirzə Soltanov, 58 – Cavid Quliyev, 37-pen. Cavidan Abbaszadə, 64.
Hakimlər: Rövşən Rəcəbov, Zöhrab Abbasov, Vüqar Bayramov, Rəsul Babayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “ASCO Arena”, 14:00.

“Zaqatala”– “Şamaxı-2” 4:0
Qol: Cəlal Cəbrayılov, 27; 50; 79. Valeh Qəhrəmanlı, 88.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
Zaqatala OİK stadionu, 14:00.

“Qarabağ-2” – “İmişli” 1:0
Qol: Ruslan Bayramov, 84.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Zakir Şükürzadə, Cavid Cəlilov.
Hakim-inspektor: İmanxan Sultani.
Binə qəsəbə stadionu, 14:00.

“Neftçi-2” – “Kəpəz-2” 1:1
Qol: Vüsal Əsgərov, 45+1 – Rauf Əliyev, 30.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Teymur Teymurov, Kamran Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
“Neftçi” Futbol Mərkəzi, 4-cü meydança 15:00.