Azərbaycan Birinci Divizionunun 2022/2023 mövsümünün 28-ci turundan təxirə salınmış “Zirə-2” – “Qarabağ-2” oyununun təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Sabah – mayın 13-də keçiriləcək qarşılaşmanı Emin Əliyev idarə edəcək. “ASK Arena”da baş tutacaq matça saat 20:00-da start veriləcək.
Xatırladaq ki, bu oyunun daha öncə mayın 10-da Binə qəsəbə stadionunda keçiriləcəyi və saat 16:00-da başlayacağı açıqlanmışdı. Lakin “Qarabağ”ın əvəzedici komandasının müdafiəçisi Şirxan Həsənzadənin vaxtsız vəfatı ilə əlaqədar bu matçın təxirə salınmasına qərar verilmişdi.
Birinci Divizion
28-ci tur
13 may
“Zirə-2” – “Qarabağ-2”
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Sevda Nuriyeva, Tural İbrahimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Bakı. “ASK Arena”, 20:00.
Turun daha öncə baş tutan oyunlarında qeydə alınan nəticələr:
“Araz Naxçıvan” – “Səbail-2” 3:1
Qollar: Orxan Əliyev, 28-pen; 90+4. Bayraməli Qurbanov, 79 – Taleh Qarayev, 45+1.
MOİK – “Qaradağ Lökbatan” 0:0
“Qəbələ-2” – “Neftçi-2” 1:1
Qollar: Rauf Məhərrəmov, 61 – Ağadadaş Salyanski, 90.
“Turan Tovuz-2” – “Zaqatala” 3:2
Qollar: Abbas Ağazadə, 71; 87. Sadiq Şəfiyev, 90+5-pen – Rəhman Şabanov, 43. Cəlal Cəbrayılov, 55.
“Sumqayıt-2” – “İmişli” 4:0
Qollar: Xəlil Bəşirov, 42; 49. Comərd Baxşəliyev, 66-öz qapısına. Rüfət Abdullazadə, 77.
“Kəpəz-2” – “Şamaxı-2” 0:1
Qol: Qurban Səfərov, 60.