Birinci Divizionda 13-cü turun hakim təyinatları bəlli oldu

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 13-cü turun təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

13-cü tura bu gün keçiriləcək dörd oyunla start veriləcək. Turun qalan üç görüşü isə sabah keçiriləcək.

Birinci Divizion
13-cü tur
5 dekabr

“Qaradağ Lökbatan” – MOİK
Hakimlər: Kamal Umudlu, Zakir Şükürzadə, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Səbail-2” – “Araz Naxçıvan”
Hakimlər: Şamil İmanzadə, Zöhrab Abbasov, Orxan İbişov, Əli Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
“ASKO Arena”, 14:00.

“Zaqatala” – “Turan Tovuz-2”
Hakimlər: Səbuhi Bayramov, Asiman Əzizli, Taleh Məmmədov, İrşad Aydınov.
Hakim-inspektor: Gülağa Cabarov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Neftçi-2” – “Qəbələ-2”
Hakimlər: Kamranbəy Rəhimov, Elman Kərimov, Vüqar Bayramov, Kamran Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
“Neftçi” Futbol mərkəzi (4-cü meydança), 15:00.

6 dekabr

“Qarabağ-2” – “Zirə-2”
Hakimlər: Sərxan İsmayılov, Səbuhi Soltanov, Ruslan Quliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Orxan Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.

“İmişli” – “Sumqayıt-2”
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Asif Abdullayev, İslam Məmmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Şamaxı-2” – “Kəpəz-2”
Hakimlər: Emin Əliyev, Elmin Süleymanov, Anar Bədəlov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Munis Abdullayev.
Şamaxı şəhər stadionu, 14:00.