Futbol üzrə Azərbaycan Birinci Divizionunda 15-ci turun oyun cədvəli məlum olub. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
15-ci turun matçları 16 və 17 dekabrda baş tutacaq. İlk oyun günündə üç qarşılaşma baş tutacaq. Tura sonuncu gündə keçiriləcək dörd oyunla yekun vurulacaq.
Birinci Divizion
15-ci tur
16 dekabr
“Qarabağ-2” – “Qəbələ-2”
Binə qəsəbə stadionu, 13:30.
“Neftçi-2” – MOİK
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.
“İmişli” – “Turan Tovuz-2”
Saatlı OİK stadionu, 14:00.
17 dekabr
“Şamaxı-2” – “Zirə-2”
Şamaxı şəhər stadionu, 14:00.
“Kəpəz-2” – “Sumqayıt-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Zaqatala” – “Araz Naxçıvan”
Zaqatala OİK stadionu, 14:00.
“Səbail-2” – “Mingəçevir”
Bakı. ASCO Arena, 15:00.