Futbol üzrə Azərbaycan Birinci Divizionunda 16-cı turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, 2023-cü ildə baş tutacaq ilk turun oyunları iki gün ərzində keçiriləcək.
İlk oyun günündə üç qarşılaşma baş tutacaq. Gəncədə “Kəpəz”lə “Zirə”nin, Şamaxıda isə eyni adlı komanda ilə “Turan Tovuz”un əvəzediciləri üz-üzə gələcək. “İmişli” də doğma meydanda “Qəbələ”nin əvəzedicilərini sınağa çəkəcək.
Sonuncu oyun günündə lider “Araz Naxçıvan” səfərdə “Qarabağ”ın əvəzediciləri ilə üz-üzə gələcək. “Zaqatala” MOİK-lə, “Neftçi-2” “Mingəçevir”lə qarşılaşacaq. “Səbail”in ikinci komandası da “Qaradağ Lökbatan”ı sınağa çəkəcək.
Birinci Divizion
16-cı tur
7 fevral
“Kəpəz-2” – “Zirə-2”
Gəncə şəhər stadionu, ehtiyat meydança, 14:00.
“Şamaxı-2” – “Turan Tovuz-2”
Şamaxı şəhər stadionu, 14:00.
“İmişli” – “Qəbələ-2”
Saatlı OİK stadionu, 14:00.
8 fevral
“Qarabağ-2” – “Araz Naxçıvan”
Binə qəsəbə stadionu, 14:00.
“Zaqatala” – MOİK
Zaqatala OİK stadionu, 14:00.
“Səbail-2” – “Qaradağ Lökbatan”
Bakı. “ASCO Arena”, 14:00.
“Neftçi-2” – “Mingəçevir”
“Neftçi” Futbol Mərkəzi, 4-cü meydança, 15:00.