Futbol üzrə Azərbaycan Birinci Divizionunda 19-cu turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
İki gün ərzində keçiriləcək turun ilk oyun günündə beş qarşılaşma baş tutacaq. Qalan iki görüş isə sonuncu oyun gününə təsadüf edəcək.
Birinci Divizion
19–cu tur
1 mart
“Səbail-2” – “Zaqatala”
Bakı. “ASCO Arena”, 14:00.
“Qaradağ Lökbatan” – “Qarabağ-2”
Lökbatan OİK stadionu, 14:00.
MOİK – “Şamaxı-2”
Binə qəsəbə stadionu, 14:00.
“Mingəçevir” – “İmişli”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:30.
“Araz Naxçıvan” – “Kəpəz-2”
Naxçıvan Muxtar Respublika stadionu, 15:00.
2 mart
“Turan Tovuz-2” – “Zirə-2”
Tovuz şəhər stadionu, 14:00.
“Qəbələ-2” – “Sumqayıt-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.