Futbol üzrə Azərbaycan Birinci Divizionunda 19-cu turun oyun cədvəli məlum olub. Arena.az xəbər verir ki, növbəti turun görüşləri martın 30-da və aprelin 1-də keçiriləcək.
İlk oyun günündə iki görüş baş tutacaq. “Səbail”in əvəzediciləri “Qaradağ Lökbatan”la qarşılaşacaq. Günün digər matçı “Zirə” və “Qəbələ”nin əvəzediciləri arasında baş tutacaq.
MOİK “Sabah”ın, “Turan Tovuz” isə “Qarabağ”ın əvəzedicilərini qəbul edəcək. “Kəpəz” də səfərdə “Neftçi”nin ikinci komandası ilə üz-üzə gələcək. Daha bir matç “Keşlə” ilə “Sumqayıt”ın əvəzediciləri arasında keçiriləcək.
Birinci Divizion
19-cu tur
30 mart
“Zirə-2” – “Qəbələ-2”
Bakı. “ASK Arena”, 15:00.
“Səbail-2” – “Qaradağ Lökbatan”
Bakı. “ASCO Arena”, 15:00.
1 aprel
MOİK – “Sabah-2”
Binə qəsəbə stadionu, 14:30.
“Turan Tovuz” – “Qarabağ-2”
Tovuz şəhər stadionu, 14:30.
“Keşlə-2” – “Sumqayıt-2”
“ASK Arena”, 15:00.
“Neftçi-2” – “Kəpəz”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.


