Birinci Divizionda 2022/2023 mövsümünə yekun vuruldu

Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün sonuncu – 30-cu turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, eyni gündə baş tutan bütün oyunlara eyni saatda (16:00) start verilib.

Çempionluğu bir neçə tur öncədən təmin etmiş “Araz Naxçıvan” doğma meydanda “Zaqatala”nı inamlı hesabla məğlub edib. Nəticədə Zaqatala təmsilçisi bürünc medal qazanmaq şansını itirib.

Gümüş medalların sahibi “Neftçi”nin əvəzediciləri də MOİK-lə səfər matçında inamlı qələbəyə sevinib.

Üçüncü pillədə olan “Turan Tovuz”un ikinci komandası isə “İmişli”ni böyük hesabla məğlub etməklə bürünc medalları təmin edib.

Birinci Divizion
30-cu tur
23 may

“Mingəçevir” – “Səbail-2” 1:1
Qol: Elvin Əlizadə, 83-pen – Xəyal Bədirov, 18.
Hakimlər: Elvin Bayramov, Səbuhi Soltanov, Anar Bədəlov, Murad Səlimov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu.

MOİK – “Neftçi-2” 2:4
Qol: Tural Axverdiyev, 30. İlham Allahverdiyev, 62 – Elşad Tağıyev, 7; 13-pen. Seymur Əliyev, 39. Aqşin Abazərov, 73.
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Kamran Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu.

“Araz Naxçıvan” – “Zaqatala” 2:0
Qol: Orxan Əliyev, 76; 80.
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Kərim Zeynalov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Naxçıvan Muxtar Respublika stadionu.

“Qəbələ-2” – “Qarabağ-2” 0:0
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Aydın Bəxşiyev, Tural İbrahimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança).

“Turan Tovuz-2” – “İmişli” 3:0
Qol: Sadiq Şəfiyev, 45; 71-pen. Okebuqvu Henri, 48.
Hakimlər: Şamil İmanzadə, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Rəsul Babayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu.

“Zirə-2” – “Şamaxı-2” 2:2
Qol: Mahmud Ağayev, 58. Xəqani Sadıxov, 66-pen – Qurban Səfərov, 43-pen. Asim Əlizadə, 45.
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Asif Abdullayev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elman Musayev.
Zirə İK stadionu.

“Sumqayıt-2” – “Kəpəz-2” 3:2
Qol: Uğur Cahangirov, 72. Maqsud Ələkbərov, 80. Xəzər Mahmudov, 82 – Nemət Musayev, 70pen. Sənan Əliyev, 89.
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Zakir Şükürzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
“Sumqayıt Arena” (ehtiyat meydança).