Birinci Divizionda 21-ci turun oyun cədvəli bilindi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 21-ci turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

21-ci turun qarşılaşmaları 13 və 14 martda baş tutacaq. İlk oyun gününə dörd, sonuncu günə isə üç qarşıalşma təsadüf edəcək.

Birinci Divizion
21-ci tur
13 mart

“Neftçi-2” – “Qarabağ-2”
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

“Səbail-2”– “İmişli”
Bakı. “ASCO Arena”, 15:00.

“Qaradağ Lökbatan” – “Şamaxı-2”
Lökbatan OİK stadionu, 15:00.

“Mingəçevir” – “Kəpəz-2”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.

14 mart

“Sumqayıt-2” – MOİK
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

“Araz Naxçıvan” – “Zirə-2”
Naxçıvan Muxtar Respublika stadionu, 15:00.

“Qəbələ-2” – “Turan Tovuz-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.