Birinci Divizionda 22-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 22-ci turun oyun cədvəli məlum olub.

Arena.az xəbər verir ki, bu turun görüşləri 16-18 aprel aralığında keçiriləcək.

Turun bütün qarşılaşmaları Birinci Divizionun “Youtube” kanalında canlı yayımlanacaq.

Birinci Divizion
22-ci tur
16 aprel

“Keşlə-2” – “Sabah-2”
“ASK Arena”, 15:00

17 aprel

“Sumqayıt-2” – “Neftçi-2”
“Kapital Bank Arena” (ehtiyat meydança), 15:00

“Qaradağ Lökbatan” – “Turan Tovuz”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00

18 aprel

“Kəpəz” – MOİK
Gəncə şəhər stadionu, 15:30

“Qarabağ-2” – “Zaqatala”
“ASCO Arena”, 16:00