Birinci Divizionda 25-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün 25-ci turunun hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, sözügedən tura bu gün start veriləcək.

İlk oyun günündə dörd qarşılaşma baş tutacaq. Qalan qarşılaşmalar isə sabah təşkil olunacaq.

Birinci Divizion
25-ci tur
17 aprel

MOİK – “Araz Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Asiman Əzizli, Rövşən Rəcəbov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu, 15:00.

“Zaqatala” – “Kəpəz-2”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Aydın Bəxşiyev, Elvin Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Qaradağ Lökbatan” – “Turan Tovuz-2”
Hakimlər: Əli Əliyev, Zakir Şükürzadə, Rəhman Aslanov, Əkbər Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Mingəçevir” – “Qəbələ-2”
Hakimlər: Tural İbrahimov, Elman Kərimov, Orxan İbişov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:00.

18 aprel

“Səbail-2” – “Zirə-2”
Hakimlər: Nicat İsmayıllı, Asif Abdullayev, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASCO Arena”, 15:00.

“Qarabağ-2” – “Şamaxı-2”
Hakimlər: Kamal Umudlu, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 15:00.

“Neftçi-2” – “Sumqayıt-2”
Hakimlər: Şamil İmanzadə, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Kamran Əliyev.
Hakim-inspektor: Gölağa Cabarov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: