Birinci Divizionda 27-ci turun hakim təyinatları bəlli oldu

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün 27-ci turunun oyunları üçün hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, tura bu gün keçiriləcək dörd oyunla start veriləcək.

Qalan üç qarşılaşma isə sabah baş tutacaq.

Oyunlara aşağıdakı hakimlər təyinat alıblar:

Birinci Divizion
27-ci tur
3 may

“Qarabağ-2” – “Sumqayıt-2”
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Aydın Bəxşiyev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 16:00.

“Zaqatala” – “Zirə-2”
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Anar Bədəlov, Elvin Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Neftçi-2” – “Turan Tovuz-2”
Hakimlər: Kamal Umudlu, Ruslan Quliyev, Rasim Axundov, Namiq Bəkirov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.

“İmişli” – “Kəpəz-2”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:30.

4 may

“Səbail-2” – “Qəbələ-2”
Hakimlər: Kamran Əliyev, Elman Kərimov, Asiman Əzizli, Əli Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “ASCO Arena”, 16:00.

“Qaradağ Lökbatan” – “Araz Naxçıvan”
Hakimlər: Nicat İsmayıllı, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Mingəçevir” – MOİK
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Zakir Şükürzadə, Tural İbrahimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:30.

Xəbəri sosial şəbəkələrdə paylaş: